Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-22,
Seanews
Heyder Eliyev

Aral dənizinin genişmiqyaslı yaşıllaşdırılması: Qazaxıstan ekosistemi bərpa edir

2025-ci ildə Qazaxıstan Aral dənizinin qurumuş dibində genişmiqyaslı meşəsalma layihəsini davam etdirəcək.

AZƏRTAC Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, işlər regionların ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması və davamlı inkişafa yönəlmiş “Təzə Qazaxıstan” milli ekoloji kampaniyası çərçivəsində həyata keçirilir.

Təşəbbüsün əsas məqsədi torpaqların deqradasiyasının qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.

Ötən ilin dekabrında 12 min hektar sahədə yaşıllıq salınıb. 2025-ci ilin yanvar-fevral aylarında 108 min hektar, mart ayında isə 16 min 492 hektar sahədə saksovul tinglərinin əkilməsi planlaşdırılıb.

Layihə Aral dənizində ekoloji fəlakətin nəticələri ilə mübarizə üzrə dövlət strategiyasının bir hissəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır