Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-04,
Seanews
Heyder Eliyev

ABŞ sahillərində heyətsiz gəmi aşkar edilib

ABŞ-nin Nyu Cersi sahillərində heyətsiz gəmi aşkar edilib.

Bu barədə “Seanews.az” “Asbury Park Press”-ə istinadən xəbər verir.

Federal hakimiyyət orqanlarının məlumatına görə, göyərtəsində heç kim olmayan 30 futluq yaxta hazırda “Gateway” Milli İstirahət Zonasının cənubunda Şrusberi çayının mənsəbinə yaxın yerdə saya oturub.

Şahidlərin dediyinə görə, “Linda T.” gəmisi qəzadan əvvəl üzərində qırılmış yanalma kəndiri ilə cüzi zədələnmiş vəziyyətdə  Sandy Huk körfəzində axının “əsiri” imiş.

ABŞ-nin müvafiq qurumları hadisə ilə bağlı araşdırmalara başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır