Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş III minifutbol turnirində ASCO komandası növbəti qələbəsini qazanıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turniri davam edir.
Turnirinin VII turunda ASCO-nun komandası Əmlak Məsələləri Dövlət Xidmətinin komandası ilə üz-üzə gəlib.
“D” qrupunda mübarizə aparan komandamız görüşdə rəqibini 5-3 hesabı ilə üstələyərək növbəti qələbəsini təmin edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır