Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Hindistan 2025-ci ilin sentyabrınadək 150 dəniz layihəsini başa çatdıracaq

Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyi 2025-ci ilin sentyabr ayına qədər “Maritime Amrit Kaal Vision” proqramında qeyd olunan ən azı 150 dəniz layihəsini tamamlamağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, “Maritime Amrit Kaal Vision” proqramının özü 2047-ci ilə qədər davam edəcək. Növbəti altı ayda ən azı 150 tədbir başa çatdırılmalıdır. Son tarix bu ilin 6 sentyabrıdır. Belə ki, ölkənin bütün əsas limanları yaxın üç ayda ekoloji cəhətdən təmiz ən azı bir yedək gəmisinin alınması üçün tenderlər keçirəcək və bütün liman donanmasının enerji keçidini təmin edəcək “Harbour Craft Green Transition” proqramı işə salınacaq.

Hindistan Gəmiçilik Korporasiyasının nəzdində “Bharat Container Shipping Line” qurulacaq. Hindistanın Daxili Su Yolları İdarəsi ölkənin çaylarında kruiz turizmini inkişaf etdirmək üçün Cammu və Kəşmirdə üç milli su yolunun tikintisinə təxminən 12 milyon dollar sərmayə qoyur.

“Sagarmala Startup and Innovation Initiative” proqramı dəniz innovasiya mərkəzlərinin yaradılması üçün işə salınır. Limanların səmərəliyini və rəqabət qabiliyyətini artırmaq üçün inteqrasiya olunmuş xidmətlər göstərən “India Ports Services Limited” şirkətinin yaradılması planlaşdırılır.

Mumbay Beynəlxalq Kruiz Terminalının 2025-ci ilin aprelində kommersiya fəaliyyətinə başlaması nəzərdə tutulur.

Bütün bu təşəbbüslər Hindistan limanlarının rəqabət qabiliyyətini artırmaq, sahəyə xarici investisiyaları cəlb etmək və ölkənin iqtisadi artımını stimullaşdırmaq məqsədi daşıyır. Hindistan 2047-ci ilə qədər dünyanın ən yaxşı beş gəmiqayırma ölkəsindən biri olmağa hazırlaşır və məqəsdinə doğru addımlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır