“NYK Group” 509,2 milyon dollara “NEO”-nun səhmlərinin 80%-ni alıb
Yaponiyanın “NYK Group” nəqliyyat və logistika şirkətləri qrupu “NYK Energy Ocean Corporation”-in (“NEO”) səhmlərinin 80%-nin alınması əməliyyatını başa çatdırıb.
“Seanews.az” xəbər verir ki, sövdələşmənin dəyəri 509,2 milyon dollardır.
"NEO” hazırda 18 LPG tankeri, 18 kimyəvi və ərzaq məhsulları tankeri və 11 yük gəmisi də daxil olmaqla 47 gəmidən ibarət donanmanı idarə edir. Bu əməliyyatdan sonra “NYK Group” istismar etdiyi 16 LPG daşıyıcısı ilə birlikdə LPG və LNG daşıyıcılarının ən böyük operatoru olacaq.
Qeyd olunur ki, “NYK Group” mayeləşdirilmiş təbii qaz və mayeləşdirilmiş neft qazının dəniz yolu ilə daşınması ilə bağlı biznesini genişləndirməyə davam edəcək. Şirkət həm Yaponiyada, həm də xaricdə nəqliyyat xidmətləri göstərməyi planlaşdırır.