

Panama kanalında "Bitcoin" ilə ödəniş edən gəmilərə sürətli keçid imkanı yaradıla bilər
Panama meri Mayer Mizraki Panama kanalından keçid üçün "Bitcoin" ilə ödəniş edən gəmilərə növbədənkənar keçid imkanı yaradılması təklifini irəli sürüb.
"Seanews.az" xəbər verir ki, o bu təklifi El Salvadorun "Bitcoin" siyasətinə rəhbərlik edən şəxslərlə bir tədbirdə çıxışı zamanı səsləndirib. Mirzaki qeyd edib ki, BTC ilə ödəniş edən gəmilər kanaldan daha sürətli keçid hüququ qazana bilər.
Mizraki həmçinin şəhər üçün Bitcoin rezervi yaradılması ideyasını da dəyərləndirdiyini bildirib. O bildirib ki, bu addım üçün əlavə qanuni razılığa ehtiyac yoxdur.
Mer kriptovalyutaların tənzimlənməsi ilə bağlı parlamentdə aparılan qanunvericilik təşəbbüslərinə qarşı çıxaraq, dövlətin bu sahəyə müdaxilə etməməsini təklif edib.
Onun sözlərinə görə, Panama daxilində illik 5 milyard dollardan artıq "Bitcoin" əməliyyatı həyata keçirilir və vətəndaşların bir çoxu bu texnologiyanı qəbul etsələr də, hələ də açıq şəkildə istifadə etməkdən çəkinirlər.