Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

rbaycanda geniş yayılmış su istirahəti növl

Azərbaycanda mayda başlayan və sentyabrın sonunadək davam edən çimərlik mövsümündə dəniz istirahətinin bütün növlərindən zövq almaq üçün əlverişli imkan mövcuddur. Dayvinq, kaytserfinq, skuter sürmək və digər aktiv su istirahəti növləri ölkəmizdə geniş yayılıb. Aktiv su istirahətindən müsbət emosiyalar almaq üçün heç də peşəkar idmançı olmaq lazım deyil, sadəcə üzməyi bacarmaq, minimal fiziki hazırlıq və yeniliyi hiss etmək həvəsi kifayətdir. Raftinq Raftinq rəvan axan sulardakı sakitliyin qısa müddətdə gur axınla mübarizəyə keçməsi ilə qeyri-adi emosiyalar yaşadan heyrətamiz aktiv istirahət növüdür. Azərbaycanın bölgələrində raftinqlə məşğul olmaq üçün çoxlu sayda gur axını olan dağ çayları var. Bir çox turizm agentlikləri bu sahədə müxtəlif turlar təklif edir. Dayvinq Aktiv istirahətin ən əyləncəli növlərindən bir olan dayvinq zəngin flora və faunaya malik Xəzər dənizinin dibinə dalma zamanı xüsusilə maraqlı olur. İlk dalma zamanı turistlərə təlimatçının rəhbərliyi ilə tanışlıq xarakterli ekskursiya təklif olunur. Uzunmüddətli və ciddi dalmalar üçün təcrübə və təlimin olması lazımdır. Ətraflı məlumat üçün “FAIREX” assosiasiyasına, “Delfin”, “Gilavar” klublarına müraciət etmək olar. Hidrosikl Akvabayk, yaxud hidrosikl adı ilə təqdim olunan su motosikleti Azərbaycanda yay mövsümündə dənizdə ən geniş yayılmış əyləncə vasitəsidir. Geniş sahil xətti, çoxlu çayı və gölləri olan ölkəmizdə bu universal su nəqliyyatından həm rahat istirahət həvəskarları, həm də ekstremal turizmi sevənlər istifadə edə bilərlər. Yayda Abşeronun və Nabranın bir çox çimərliklərində hidrosikl kirayələmək olar. Yeni təəssüratlar yaradacaq bu əyləncəli macəradan zövq almaq imkanını əldən verməyin. Ətraflı məlumat üçün “Victory Tour” və digər turizm agentliklərinə müraciət edin. Kaytserfinq Əyləncəli aktiv su istirahəti növlərindən biri də kaytserfinq (ingiliscə uçan ilan və “dalğada süzmək” sözlərinin birləşməsi), yaxud kaytinq adlanan su idmanıdır. Kaytserfinq “uçan ilan” deyilən idmançının (kaytın) dartı qüvvəsinin təsiri ilə suyun səthində dalğaları aşmaq və üzərində durduğu lövhəni idarə etməklə müşayiət olunan hərəkətidir. Azərbaycanda kaytserfinqin inkişafı üçün mükəmməl şərait var. Məsələn, bu istirahət növünün həvəskarları Xəzərin Xızı rayonu Şuraabad qəsəbəsi sahilindəki “Blue Planet” çimərliyində özlərini sınaya bilərlər. Burada kaytserfinq məktəbi və kayt-mağaza da fəaliyyət göstərir. “White Wind” məktəbinin fəaliyyət göstərdiyi “Kite.az” klubu da kaytserfinqlə məşğul olur. Klubun üzvləri bu məqsədlə Yeni Yaşma qəsəbəsindəki laqunu, habelə Dübəndi qəsəbəsində yaxın dəniz sahilini və Nardaran qəsəbəsindəki “Sea Breeze”in sahilini tövsiyə edirlər. “Kite.az”, “Gilavar”, “Blue Planet” klubları turların təşkilində sizə kömək edə bilər. SUP serfinq Kaytserfinqin həddindən artıq dinamik olduğunu qəbul edənlər və daha sakit tempi üstün tutanlar, yaxud sadəcə kaytserfinqdən sonra istirahət etmək istəyənlər SUP serfinqlə (sapserfinq) məşğul ola bilərlər. Serfinqin bu növü sizə lövhənin üzərində dayanaraq və kürəklə avar çəkərək hərəkət etməkdən zövq almaq imkanı verəcək. SUP serfinq küləksiz havada daha əlverişli olub, tarazlığın və orqanizmin ümumi vəziyyətinin yaxşılaşdırılması üçün əla məşqə zəmanət verir. Eyni zamanda, bu aktiv istirahət növü əyləncəli və sadədir. Təsadüfi deyil ki, SUP serfinq dünyada ən populyar su məşğələsi növlərindən biridir. Azərbaycanda SUP serfinqlə məşğul olmaq üçün ən yaxşı şərait Xızı rayonunun Şuraabad qəsəbəsində mövcuddur. Turların təşkilində kömək üçün “Blue Planet” klubuna müraciət edə bilərsiniz. Balıq ovu Azərbaycanın tükənməz təbii sərvətləri, o cümlədən Xəzər dənizinin, çoxsaylı çayların, göllərin və su hövzələrinin bioloji ehtiyatları ilin bütün mövsümlərində balıq ovu həvəskarları üçün əlverişli şərait yaradır. Xəzər dənizində Pirallahı adası, Neftçala, Lənkəran, Siyəzən, Xaçmaz (Nabran) bölgələrində dəniz akvatoriyası, Mingəçevirdə Kür çayının və su anbarının, həmçinin Şəmkir su anbarının ehtiyatları balıq ovu həvəskarları üçün əlverişli yerlərdir. Şamaxıdakı Sakit Göldə yerləşən özəl təsərrüfatlar da balıq tutmaq üçün münasibdir. Oğuzdakı Xal-Xal şəlaləsi xüsusi olaraq qeyd edilməlidir: bu ərazidə fəaliyyət göstərən “Forel” ailəvi istirahət bazasında bir neçə süni su hövzəsi və balıq tutmaq üçün hər cür şərait var. Həmçinin Mingəçevir şəhərinin mərkəzindəki körpüdə balıq tutmaqla yanaşı, Kür çayında da ayrıca balıq ovu etmək olar. Belə ki, çayın sahilində yerləşən “Riverside” otelində hər cür şərait var. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır