Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

vlət bayraqlarında nə üçün bənövşəyi rəng yox

Dünyada mövcud olan 195 ölkənin heç birinin dövlət bayrağında bənövşəyi rəng yoxdur. Bunun səbəbi isə vaxtilə bənövşəyi rəngli boyanın böyük zəhmət hesabına əldə edilməsi və baha başa gəlməsi olub. Bu rəngdən hazırlanan boyalardan yalnız kral ailələrinin geyimlərində istifadə olunub. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ilk dəfə bu rəngdən Suriya və Livanın dəniz sahillərində yaşamış finikiyalılar istifadə ediblər. Təkcə bu bölgədə olan dəniz ilbizindən alınan bənövşəyi rəngli boyalar hər zaman öz bahalılığı ilə seçilib. Livan ərazisində yerləşən Sur antik şəhərindəki ustalar bu boyanın bir qramını əldə etmək üçün on minlərlə ilbizdən istifadə ediblər. Gözoxşayan və bahalı rəng isə tarixboyu krallıq və imperiyaların rəmzinə çevrilib. Vaxtilə “Finikiya rəngi” kimi tanınan bənövşəyi rəngdən alınan boya parçanın üzərində uzun müddət parlaqlığını qoruması və günəş işığında cazibədarlığı ilə zəngin insanlar arasında populyar olub. Bu rəng Roma, Bizans və Fars imperatorluqları ilə yanaşı, İngiltərə kral ailəsinin də rəmzinə çevrilib. Kraliça I Elizabet isə özü və ailə üzvləri istisna olmaqla heç kimə bənövşəyi rəngdə paltar geyinməyə icazə verməyib. Onun hakimiyyəti dövründə (1533-1603) bu rəngdə boyanın yarım kiloqramı 1,5 kiloqram qızıla bərabər olub. Çox bahalı olan bənövşəyi rəngli boyadan hər kəsin istifadə etməsi isə XIX əsrdə ingilis kimyaçısı Uilyam Henri Perkinin kəşfi sayəsində mümkün olub. Alimin Londonda laboratoriyada sarılıq xəstəliyinə qarşı dərman tapılması üzrə tədqiqatı zamanı səhvən sintetik bənövşəyi piqment üzə çıxıb. Bənövşəyi rəngli boyanın bahalı olduğunu bilən Perkin qısa müddətdə fabrik yaradıb və kütləvi istehsala başlayıb. Bu kəşfdən sonra bənövşəyi rəng də ucuz və adi boyalardan birinə çevrilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır