ri-adi görünüşə malik ad
1.Delfin – Bu ada İndoneziya yaxınlığında yerləşən Flores adasının, şimal sahillərinə yaxın ərazilərdə yerləşən mərcan adasıdır. Səmadan baxanda delfinə bənzəyən ada, sanki onun ətrafında üzən delfinlərdən ilhamlanaraq yaradılıb. 2.Manukan, Mamutik və Suluq adaları – Bu adalar Malayziya yaxınlığında qruplaşaraq insanda pozitiv hisslər doğuran smaylik formasındadırlar. 3. Bumeranq – Cənubi Çin dənizinin mərkəzində yerləşir. Bu ada da mərcan adalarına daxildir. 4. Dəniz atı – Qalapaqos adalarının ən böyüyü olan İsabel adası dəniz atına oxşayır. 5. Göz – İnsan gözünə oxşayan bu adaya Maldivdə rast gəlmək olar. Ada həm də nəhəng meduzanı xatırladır. 6. Skat-Katteqata dənizində yerləşən Danimarkaya məxsus olan Aebelo adası skata bənzəyir. 7. Karnaval maskası -Bu ada Maldiv adalarından biri olan Xuvaxendu adasıdır.Səmadan baxdıqda sanki karnaval maskasını xatırladır 8.Ağac – Bu ada kökləri ilə birlikdə ağaca bənzəyir. Silli adlanan bu ada Kornoulun sahilində yerləşir. 9. Ürək – Ürək formalı Qaleşyak adası. Adriatik dənizində yerləşir.