Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Monaco Yacht Show”-nun ən böyük yaxtaları – SİYAHI+

“Seanews.az” olaraq 26-29 sentyabr 2018-ci il tarixində gerçəkləşəcək “Monaco Yacht Show”-ya qatılacaq ən böyük yaxtalaırn siyahısını təqdim edirik. DAR Uzunluğu 90 metr olan “DAR” “Monaco Yacht Show”da sərgilənəcək ən böyük yaxtalardan sadəcə biridir. Dizaynı Luiz De Bastona məxsus yaxta müasir şüşə texnologiyalarından istifadə olunaraq hazırlanıb. Bu səbəbdən onun üst binası xüsusi diqqət çəkir. SOLO 72 metr uzunluğu olan “Solo” Tankoa istehsalıdır. Yaxtanın dizaynı Francesco Paszkovski və Margherita Caspriniyə məxsusdur. Üzən vasitə bu ayın əvvəlində suya endirilib. Geniş “beach club”u, 6 metrlik hovuzu, özəl masaj, sauna və idman salonu ilə fərqlənir. GO “Turquoise Yachts” istehsalı olan “GO”-nun uzunluğu77 metrdir. Ümumilikdə 18 nəfər qonaq qəbul etmək imkanına malik yaxtanın xüsusi spa hovuzu da var. KISMET Lürssen istehsalı “Kısmet” də “Monaco Yacht Show”da nümayiş olunacaq yaxtalar arasındadır. 95,2 metr uzunluğa malik yaxtanın dizaynı Espen Oinoya məxsusdur. Beyonce ve Jay-Z kimi məşhurların üstünlük verdiyi yaxtalardandır.  “Kısmet”-in həftəlik qiyməti təxminən 1,1 milyon ingilis sterlinqidir. ELANDESS “Abeking & Rasmussen” istehsalı olan “Elandess” 74,5 metr uzunluğa malikdir. Xüsusi açıq sahələri ilə fərq yaradan yaxtanın 8 metrlik hovuzu var. EXCELLENCE V “Süperyat Excellence V” Almaiyaya məxsus “Abeking & Rasmussen” tərsanəsində inşa olunub. 2012-ci ildə sahibinə təhvil verilən yaxtanın hazırlanmasında aliminiumdan istifadə edilib.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır