Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

ili olmayan d

Bu dəniz təbiətin əsl möcüzəsidir. Onun sahilləri adət etdiyimiz quru deyil, nəhəng okean çay-axınlarıdır: şərqdə Kanar, şimalda və qərbdə Şimali Atlantik, cənubda Passat. Söhbət Sarqas dənizindən gedir. Üzən dəniz yosunlarının sayının çox olması Sarqas dənizinin daha bir fərqli xüsusiyyətidir.  Xristofor Kolumb bu dənizi 1492-ci ildə kəşf edib və onu “İçərisində yosun olan banka” adlandırıb. Maraqlıdır ki, buradakı yosunların hamısı bir növə aiddir. Portuqaliya dənizçiləri bu yosunları “sarqasso” adlandırıblar, çünki yosunların suyun səthində qalmasına və üzməsinə kömək edən hava qabarcıqları Portuqaliyada geniş yayılan üzüm sortunun gilələrinə bənzəyir. Okeanşünaslar Sarqas dənizində yosunların necə əmələ gəldiyini uzun müddət başa düşməyiblər. Versiyalardan birinə görə, yosunları bura Kuba, Baham və Antil adalarından, yaxud Meksika körfəzi sahillərindən burulğanlar gətirir. Amma əslində Sarqas dənizinin yosunları elə bu dənizdə yaranır və bu dənizdə də ömrünü başa vurur. Yosunlar tələf olanda onları saxlayan qabarcıqlar partlayır və bitki suya qərq olur. Sarqas dənizinin yosunları həm də müxtəlif canlı varlıqların – krabların, çoxsaylı balıq növlərinin, xüsusən makrele balığının, habelə krevetlərin məskənidir.  Bu dənizdə 69 flora və fauna növü yaşayır. Sarqas dənizinin parlaq göy rəngli suları onu əhatə edən okean sularından daha duzludur. Bu dəniz  Yer kürəsinin ən şəffaf sulu dənizi sayılır. Suyunun temperaturu okean sularının temperaturundan həmişə yüksəkdir. Dərinliyi 4-7 kilometrə çatır. Vaxtilə bu yerlərdə çoxlu heyvan daşıyan gəmi batıb. Buna görə də dənizin dibində xeyli insan və heyvan qalıqları var. Sarqas dənizinin bir çox canlı orqanizmləri yalnız maskalanmağı bacarması sayəsində salamat qalır. Məsələn, dəniz iynələri yosunların zoğuna bənzəyir, krevetlərin qınında balıqqulağına və xırda daşlara bənzəyən ağ ləkələr var. Dəniz kloununun rəngi yosunların rəngini xatırladır, buna görə də yosunlardan seçilmir. Bu dəniz canlısı təhlükə yarananda çoxlu su udub kürə şəklinə düşərək düşmənini qorxudur. Sarqas dənizinin əsas sirri nisbətən yaxın vaxtlarda açılıb. Dünya alimləri uzun illər Avropa angilinin harada nəsil verməsi barədə baş sındırıblar. Çoxəsrlik sirrin üstü bir əsrdən bir qədər əvvəl açılıb. Məlum olub ki, angillər Sarqas dənizində çoxalır. Bu balıqlar Avropa çaylarından minlərlə kilometr uzaqda kürü tökür, yeni nəslə can verərək tələf olur. Kürülərdən çıxan yarımşəffaf sürfələr bir qədər ətə-cana dolduqdan sonra Qolfstrim cərəyanı ilə uzaqlara – Avropa sahillərinə doğru yola çıxır. Rastına çıxan çayın mənsəbinə düşəndən sonra bir neçə il burada məskunlaşır, böyük angillərə çevrilir və nəsil vermək üçün “vətənə” qayıdır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır