Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

nizçilər təqaüddə olan həmkarlarını ziyarət edib

Bakının Nizami rayonunda yaşayan 70 yaşlı dənizçiyə həmkarları gözlənilməz sürpriz edib. Üç il əvvəl təqaüdə çıxan kapitan Tahir Behbudovu bütün dənizçilər adından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının bir qrup əməkdaşı – XDND rəisinin köməkçisi Nazim Əliyev, Donanmanın Sosial inkişaf qrupunun rəhbəri Şamil Əhmədov, Dəniz üzgüçülüyünün təhlükəsiz xidmətinin rəis müavini Fərahim İdrisov və Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Əli Qafarlı evində ziyarət ediblər. Çay süfrəsi arxasında davam edən söhbətdə həyatının böyük hissəsini dənizçiliyin inkişafına həsr etmiş Tahir Behbudovun xidmətləri xatırlanıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə  örnək olduğu bildirilib. Bundan başqa, çox sayda dənizçinin taleyində önəmli rol oynamış peşəkar dənizçilər də yada salınıb.  Tahir Behbudov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söyləyib və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu  deyib.  Qocaman dənizçi bildirib ki, təqaüdə çıxamağına baxmayaraq gəmiçilik sahəsində baş verən yenilikləri daim izləyir:  “Son illərdə Gəmiçilikdə nəzərəçarpacaq dərəcədə inkişaf var. Yeni gəmilər istismara verilir, dənizçilərin iş şəraiti yaxşılaşdırılır. Bu, bir dənizçi kimi məni çox sevindirir. Ümid edirəm ki, qazanılan uğurların davamı olacaq”. Həmkarları ona “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb,  cansağlığı, uzun ömür arzulayıblar. Qocaman dənizçi də öz növbəsində həmkarlarına minnətdarlığını bildirib, 160 illik yubiley münasibəti ilə “AXDG” QSC sədri Rauf Vəliyevi və bütün dənizçiləri təbrik edib. Xatırladaq ki, Tahir Behbudov 1948-cı ildə Ağdamda anadan olub. Əmək fəaliyyətinə 1970-ci ildə Xəzər Dəniz Neft Donanmasında matros kimi başlayıb. Ümumilikdə ömrünün 45 ilini dənizçiliyə həsr edib. Onun 22 ilini “Süleyman Vəzirov” borudüzən gəmisində kapitan kimi çalışıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır