Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

i Zelandiyada 150-dək delfin özünü sahilə a

Yeni Zelandiyanın Stüart adasında təqribən 150-dək delfin özünü sahilə atıb. Bu barədə “New Zealand” radiosu məlumat yayıb. Məlumatda qeyd edilir ki, Təbiəti Mühafizə Departamentinin əməkdaşları bu məməliləri aşkar edənədək onların təqribən yarısı məhv olub. Qalanlarını isə iynə vuraraq yatırıblar. “Bu barədə qərar qəbul etmək həmişə çətindir, sağ qalan delfinlərin yenidən okeana qayıtması ehtimalı olduqca çox az olur. Bundan əlavə, onların sahilə atıldığı yer okeandan kifayət qədər uzaqdadır və biz baş verənlər barədə çox gec məlumat almışdıq”, – deyə departamentin əməkdaşı Ren Leppens bildirib. Yeni Zelandiyanın Təbiəti Mühafizə Departamentinin bildirdiyinə görə, ölkədə hər il böyük dəniz heyvanlarının kütləvi şəkildə məhvi ilə bağlı təqribən 85 hadisə qeydə alınır. Belə ki, son dəfə noyabrın 1-də Şimal adası sahillərində 10 balina özünü sahilə atıb. Bu barədə xəbər tez yayıldığına görə, onlardan səkkizini xilas etmək mümkün olub. Alimlər onları noyabrın 27-də yenidən okeana qaytarmağa hazırlaşırlar. Noyabrın 24-də isə Dabltes körfəzində 15 metr uzunluğunda kaşalot özünü sahilə atıb, onu xilas etmək mümkün olmayıb. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır