Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

lən il Portonovinin birinci mərhələsinin açılışı ol

Çoxməqsədli Portonovi Resort Montenegrо kurortunun birinci mərhələsinin açılışı 2019-cu ildə olacaq. Bu barədə jurnalistlərə “Azmont Investments” şirkətinin Direktorlar Şurasının sədri Ahmet Erentok məlumat verib. “2019-cu ildə Portonovi kurortunun ilk mərhələsi çərçivəsində Portonovi Village və Marina Residences istifadəyə veriləcək”, – deyə o, Bakıda 4-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi çərçivəsində layihənin təqdimatı zamanı bildirib. A.Erentokun sözlərinə görə, layihəyə sərmayə qoyuluşları 650 mln. avyo məbləğində qiymətləndirilir. Sədr qeyd edib ki, artıq kurortdakı ev və villaların satışına başlanılıb, aktiv satışlara isə noyabrın 22-də start verilib. Satış 2019-cu ilin may ayınadək davam edəcək və biz paralel olaraq dünyanın müxtəlif şəhərlərində layihənin təqdimatını keçirəcəyik. O deyib ki, Portonovi kurortu 50-dən artıq lüks villa və 200-dən çox mənzilin yerləşdiyi 26 hektar ərazini əhatə edir. Kurorta, həmçinin Marina Residence, D-Marina Portonovi Marina, Village Residences və digər obyektlər də daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır