Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

arktida haqqında bilmədiklərimi

İnsanların çoxu Antarktida haqqında çox az məlumata sahibdir.  Buna görə də ən maraqlı faktları bir yerə topladıq.  Soyuq olmasından başqa, Antarktida haqqında daha çox şey bilmək vaxtıdır. “Antarktida” sözünün hərfi mənası “ayının qarşısında” deməkdir. Qədim yunanlar Şimali qərbdə yerləşən Böyük Ayı ulduzun şərəfinə bu qitəni “Arktikos” deyə adlandırırlar. Rəsmi olaraq Antarktida yalnız 1820-ci ildə icad olunmuşdu. Antarktika nəinki Yer kürəsinin ən soyuq, həmçinin ən quru yeridir. Antarktikada yağıntıların orta miqdarı 10 santimetr təşkil edir. Antarktikada yerləşən Ueddell dənizi dünyanın ən təmiz dənizi hesab edilir. Burada su o qədər şəffadır ki, 80 metr dərinliyindəki əşyaları görmək olar. Antarktikada daimi sakinlər yoxdur. Burada yaşayan yeganə insanlar alimlərdir. Yay aylarında bu torpaqlarda alimlərin sayı 5 minə çatır. Yeri gəlmişkən, burada ən “isti” ay fevral ayıdır. Antarktikada ilk insan 1978-ci ildə dünyaya gəlmişdi. Həmin insan Emilio Markos Palma adlı argentinalı bir şəxsdir. Qışda Antarktida qitəsinin ölçüləri artır. Buz gündə 65 000 kvadrat kilometr sürəti ilə onu əhatə edən dənizləri örtür. Nəticədə, Antarktida iki dəfə böyüyür. Antarktida sürünən heyvanların olmadığı yeganə qitədir. Antarktidada qütb ayısı yoxdur (Arktikada var), amma çox sayda pinqvin var.  Dünyadakı ən böyük səhra Antarktidadır. Antarktidadakı yüksək silsilələr mənfi 93.2 dərəcə ilə dünyanın ən soyuq yeri sayılır. Antarktidanın bəzi bölgələrinə yağış və qar 2 milyon ildir ki, yağmayıb. Antarktidada qırmızı şəlalə axır. Dünyadakı təmiz suyun 90%-i Antaktidadadır. Antarktida dünyanın ən soyuq, hündür, küləkli və quru qitəsidir. Antarktidada buz əriməsi həmin ərazinin cazibə qüvvəsinə təsir edib.  Çilinin Antarktidada məktəb, xəstəxana, hostel, poçt, İnternet, TV və mobil telefonun işlədiyi tam təchizatlı bir şəhəri var. Antarktidanın buz təbəqəsi ən az 40 milyon ildir ki mövcuddur. Antarktidanın altında Yer nüvəsi ilə buzlanmadan su halında qalan 300-dən çox göl var. Antarktidada qeydə alınmış ən yüksək temperatur 14.5 dərəcə olub. Erebus dağı Antarktidada olan ən aktiv vulkandır və buz kristalları püskürür. Antarktida vaxtilə müasir dövr Bakısından daha isti olub. Antarktidada ən az 7 Xristian kilsəsi mövcuddur. Antarktidada olan elm adamı Tinder proqramı ilə 45 dəqiqə uzaqda kampda olan bir qızla tanış olub. Bütün qitə buzla örtülüdür, ancaq 1%-lik hissəsi həmişə buzsuzdur. Qeydə alınmış ən böyük Aysberq 11000 km2-dır və 2000-ci ildə qeydə alınmış bu Aysberq Yamaykadan daha böyükdür. 1977-ci ildə Argentina qitənin bir hissəsini tələb etmək məqsədilə Antarktidaya hamilə qadın göndərib. Uşaq Antarktida doğulan ilk insan olub. Küləyin sürəti bəzi yerlərdə 320km/saat təşkil edir. Antarktidada yalnız bir ATM mövcuddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır