Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

nyanın ən böyük gəmisinin advermə mərasimi keçir

“Royal Caribbean International”ın yeni gəmisi “M/S Symphony of the Seas” Mayamidə advermə mərasimi keçirilib.  Dünyanın ən böyük gəmisi adına sahib olan  “Symphony of the Seas”‘in adı aktyor Alexa ve Carlos PenaVega tərəfindən seçilib.  Mayami limanının A terminalında gerçəkləşən mərasimə 1000-dən çox qonaq qatılıb. Bu,  “Royal Caribbean”ın indiyədək təşkil etdiyi ən böyük advermə mərasimi olaraq tarixə düşüb.  “Royal Caribbean International” iddia edir ki, “M/S Symphony of the Seas” dünyanın ən böyük və ən macəra dolu üzən vasitəsidir.  O, hətta bir zamanlar dünyanın ən böyük gəmisi hesab edilən Titanikdən tam üç dəfə böyükdür.   Xatırladaq ki, “Royal Caribbean International” 14 il ard-arda “Ən Yaxşı Gəmi Şirkəti” adına layiq görülüb. Şirkət 24 kruiz gəmisinə sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır