şagirdlər məktəbə qayıqla gedib-gəlir
Türkiyənin Muğla şəhərində yaşayan 8 məktəbli dərsə qayıqla daşınır. “Seanews.az” xəbər verir ki, səhər saatlarında limandan qayığa minən şagirdlər tarixi qaya məzarları və Dalyan kanalının bənzərsiz mənzərəsinin müşayəti ilə məktəbə gedirlər. Dərsdən sonra onlar eyni qaydada limana qaytarılırlar. Şagirdləri daşıyan Gökan Uğur deyir ki, iş səhər 7:15-də başlayır, bir istiqamətə gediş təxminən 20 dəqiqə vaxt aparır. O, uşaqları soyuqdan və küləkdən qorumaq üçün qayığın dörd bir tərəfini bağlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır