Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

t ehtiyatları tükənsə, onu süni yolla yaratmaq mümkün olar

Hələ XX əsrin başlanğıcından alimləri bir sual düşündürür: neft ehtiyatları tükənərsə, onu süni yolla yaratmaq mümkündür? 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov neftin karbogen oksid və hidrogendən alınmasının mümkünlüyünü sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də «qonur kömür»dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi. O dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta «süni nefti» istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi. Bu gün də süni üsulla nefti «yanacaq şistləri»ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur.  Azərbaycanda yanar şistlərə Qusar-Şabran, Quba-Xəzəryanı, Şamaxı-Qobus­tan, Abşeron regionlarında rast gə­lmək mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır