Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-18,
Seanews
Heyder Eliyev

niz Biologiyası Muzeyini 25 min nəfər ziyarət

Antaliyadakı Kaleiçi Yaxta Limanında fəaliyyət göstərən Dəniz Biologiyası Muzeyi Türkiyənin sualtı dünyasını yerli sakinlərə və turistlərə tanıdır. Dəniz canlılarının, xüsusilə nəsli tükənməkdə olan canıların sərgiləndiyi muzeyi son 5 ildə 25 min nəfər ziyarət edib.  Batmış pirat gəmisi şəklində dizayn olunan müzeydə hamısı Türkiyə dənizlərində yaşayan 19 növ köpəkbalığı, təxminən 150 növ sümüklü balıq, süngərlər, mərcanlar, balinalar, xərçənglər, mürəkkəb balığı, dəniz ulduzları və dəniz kirpiləri olmaqla 500 növ dəniz canlısı sərgilənir. Bundan başqa, aslan və balon balıqları kimi Qızıl dənizdən gələn növlər də müzeydə yer alır.  Muzey dəniz mədəniyyətinin mənimsənilməsi və təbii irsin qorunmasında mühüm rol oynayır. Burada mütəmadi təlimlər, panellər, seminarlar və sərgilər də təşkil olunur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır