Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

veçdə üzən tunel layihəsi həyata keçirilə

Geniş əraziyə yayılmış buzlaqları, körfəz və dağları olan Skandinaviya ölkəsi Norveçin qərb sahillərində 5,3 milyon insan yaşayır. Burada nəhayətsiz buz təbəqəsi ilə örtülmüş körfəzləri 1,100 kilometr məsafədə bərəyə yüklənmiş avtomobillə qət edərək cənubdakı Kristiansand və Trondheim şəhərlərinə çatmaq üçün 21 saat vaxt tələb olunur. Bu problemi həll etmək məqsədilə Norveç hökumətinin sifarişi ilə 40 milyard dollarlıq üzən tunel layihəsi hazırlanıb. Hazırda layihənin tərkib hissi olan dünyada ən böyük sualtı restoranın tikintisi başa çatmaq üzrədir. Sonrakı mərhələdə körpülər və dənizin 30 metr dərinliyində 27 kilometr uzunluğunda üzən tunel tikiləcək. Norveç bu tikintinin tamamlanması ilə bənzər layihələri həyata keçirən Çin, Cənubi Koreya və İtaliyanı geridə qoyacaq. Norveçin İctimai Yollar Administrasiyasının (NPRA) məlumatında bildirilib ki, hökumətin dəstəklədiyi bu layihə üzrə tikinti işləri 2050-ci ildə başa çatdırılacaq. NPRA-nın layihə üzrə meneceri Kyersti Dunham qeyd edib ki, ölkənin yükdaşımalarının 50 faizi Kristiansand və Trondheim şəhərləri arasındakı yolun payına düşür. Onun sözlərinə görə, yüksək Avropa standartlarına cavab verməyən bu marşrut boyu insanlar avtomobillərdən və bərələrdən istifadə etməyə məcbur olur ki, bu da səyahəti həm əziyyətli, həm də uzunmüddətli edir. Hökumət rəsmisi əlavə edib ki, üzən tunel layihəsi kommersiya baxımından sərfəli olacaq və insanların rahatlığına xidmət edəcək. CNN-in məqaləsində xatırladılır ki, üzən tunel ideyasının tarixi qədimdir. Hələ 1882-ci ildə britaniyalı arxitektor Edvard Rid İngilis körfəzi ilə bu cür tunelin tikilməsi təklifini irəli sürüb. Tunelin “üzən” adlanmasına baxmayaraq, onun gövdəsi dənizin altında möhkəm kabellərlə bərkidiləcək. Dənizin 30 metr dərinliyində dalğa və axınların zəif olduğunu nəzərə alan konstruktorlar tunelin etibarlı olacağına zəmanət veriblər. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır