Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

O-da dalğıcların istifadə etdiyi havanın tərkibinin yoxlanılması üçün əməli tədbirlər görü

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də  (ASCO) bütün sahələrdə çalışan işçilərlə bərabər, dalğıcların da təhlükəsizliyi və sağlamlığının təmin edilməsi məqsədi ilə ciddi  tədbirlər həyata keçirilir. Dalğıcların sağlamlığına mənfi təsir göstərən amillərdən biri də dalğıc işləri zamanı   nəfəs alınan qaz qarışığında karbon qazının parsial təzyiqinin artmasıdır. Suya dalma zamanı dalğıcların bu mənfi təsirli amillərlə üzləşməməsi üçün onların istifadə etdikləri dalğıc tənəffüs aparatı balonlarına kompressordan vurulan havanın tərkibi  mütəmadi  olaraq yoxlanılmalıdır. Zərurət yarandığından bu cür analizlərin aparılması üçün ASCO tərəfindən Almaniya istehsalı olan “Drager Aerotest 5000” cihazı alınıb. Eyni zamanda Türkiyədən bu sahə üzrə dəvət olunmuş mütəxəssislər Xəzər Dəniz Neft Donanmasının aidiyyəti işçiləri ilə “Kompressordan çıxan havanın “Drager Aerotest 5000” cihazı ilə analizi” adlı  nəzəri və praktiki təlimlər keçiriblər. Təlim iştirakçılarına xüsusi  sertifikatlar verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır