Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

zər dənizinin “Boyard İstehkamı” – V

Xəzər dənizində tənha günlərini yaşayan bu qalanı yerli sakinlər “Dağıstanın Boyard İstehkamı” adlandırırlar. Bir vaxtlar isə burada “Daqdizel” silah sınamaları üçün sex olub. Kaspiysk şəhərində yerləşən bu sex çoxdandır atılmış vəziyyətdədir və heç kim tərəfindən müdafiə edilmir. Məhz səbəbdən ora daha müəmmalı və sehrli görünür. Sahildən baxana elə gəlir ki, ona üzərək də çatmaq olar, amma sahillə istehkamın arasındakı məsafə 2.7 kilometrdir. Bina 80 il bundan öncə tikilib. İndi isə sex Kaspiysk şəhərinin bir simvoluna, tarixi dəyərə çevrilib. İnternetdə onu dünyanın ən müəmmalı binalarından biri kimi qələmə verirlər. Əslində isə heç bir sirr və ya müəmma yoxdur. Bu, sadəcə  vaxtilə Böyük Vətən müharibəsində qələbə üçün çalışan insanlara bir növ abidədir. Sputnik  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır