Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Alimlər mavi balinanın ürək döyüntülərinin tezliyini ölçüblər

Amerikalı bioloqlar sensor cihazdan istifadə edərək ilk dəfə yer üzündəki ən böyük heyvan olan mavi balinanın ürək döyüntülərinin tezliyini ölçməyə müvəffəq olublar.

Trend-in məlumatına görə, araşdırmanın nəticələri "Proceedings of the National Science" jurnalında dərc olunub.

Mavi balina - indiyə qədər mövcud olan yer üzündəki ən böyük heyvandır və ürəyi - təxminən bir ton çəkisindədir. Belə bir nəhəng qan pompasının, kiçik heyvanlarda ürəyin pulsasiya etdiyi eyni tezliklə vurmaması aydındır. Adətən mavi balinanın ürəy döyüntülərinin tezliyi dəqiqədə 5-dən 20-ə qədər güman edilirdi, amma son vaxtlara qədər bu tezliyin həqiqi ölçüsü bilinmirdi. Və nəhayət, Stenford Universitetinin alimləri buna nail oldular.

Əldə olunan məlumatlar balinanın ürəyinin müxtəlif rejimlərdə işləyə biləcəyini göstərdi. Bu heyvan daha dərinə üzərkən, onun ürək döyüntüsünün sürəti dəqiqədə dörd-səkkizə qədər yavaşlayır, bəzən dəqiqədə minimum iki vuruşa çatır. Yalnız balina nəfəs aldığı səthə qalxdıqda, bədəndəki oksigen səviyyəsini bərpa edərkən tezlik sürətləşir. Bu vəziyyətdə onun nəbzinin tezliyi dəqiqədə 25-37 olmağı bəlli olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır