Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“Titanik” gəmisi ilə nələr daşınırdı?

“Titanik” gəmisinin faciəli tarixi saysız-hesabsız kitabların, sənədli filmlərin, elmi-tədqiqat işlərinin mövzusuna çevrilib. Yüz ildən də çox əvvəl, zamanının ən böyük gəmisi aysberqə dəyərək batıb və özü ilə 1500-dən çox insanı aparıb. Bu gün də qəzanın əsl səbəbləri haqqında müzakirələr bitmək bilmir. Fərziyyələrin bir çoxu absurd görünsə də, müəyyən nəzəriyyələr faktlarla təsdiq olunub.

Gəmi ilə nələrin daşındığı isə bir çoxlarına maraqlıdır. “Titanik”in səyahəti zamanı 4 sərnişin tiryəkdən əzab çəkdiyinə görə müalicə üçün gəminin göyərtəsindəki hospitala yerləşdirilib. Batmış “Titanik”də bir neçə ton preslənmiş tiryək qalıqları tapılıb. Şübhəsiz, bu ot qeyri-qanuni daşınıb.

Bir nəzəriyyəyə görə isə ər-arvad “Titanik”də nadir bir mavi "Ümid almazı" aparıb. Qədimdən bu daş lənətlənməsi ilə tanınıb. Hindistandan oğurlanmış bu almaz əvvəlcə XV Lüdovikə, sonradan isə sonu edamla bitən Mariya Antuanettaya keçib. Deyilənlərə görə, Avropaya taunu da mavi "Ümid almaz"ı gətirib və həmin almaz da öz yeni sahiblərini və bütöv bir gəmini məhv edib.

Qəzadan xilas olmuş dənizçilərdən bir neçəsi mətbuat və polisə səfərdən əvvəl gəminin göyərtəsinə Misir mumiyasının qaldırılması haqda kifayət qədər qəribə tarixçə danışıb. Bu sirli qutunu Amerikaya aparan Lord Kentervil qiymətli yükün birbaşa kapitan körpüsündə qorunmasını təkidlə tələb edib.

Gəmidə birinci yerləri çox varlı adamlar alıb. Batmış gəmiyə olan elə ilk ekspedisiya oradakı xəzinənin 250 milyon dəyərində olduğunu açıqlayıb. Əntiq əşyalar, incəsənət əsərləri və qiymətli daşlar çəkiliş edilib və ən qiymətli əşyalardan bəziləri yuxarı qaldırılsa da, nəhəng gəminin aşağı göyərtəsində yerləşən dəmir seyfləri yuxarı qaldırmaq mümkün olmayıb. Güman edilir ki, həmin seyflərdə Mason ordeninin etibarlı rəhbərlərindən biri tonla qızıl aparıb.

Dəqiq məlumdur ki, “Titanik”də Jak-Fransua Blondelin “La Circassienne Au Bain” adlı rəsm əsəri aparılıb, hətta buna görə sığorta şirkəti onun sahibi Moritz Steffansona 100 min dollar ödəniş də edib. Bugünkü ölçülərlə bu məbləğ 2 milyon 500 min dollardan da artıqdır. Maraqlıdır ki, Steffanson son dərəcə bahalı rəsmlər kolleksiyası barədə söhbət açsa da sonradan sözlərini geri götürməyi lazım bilib. Güman edilir ki, əslində Steffanson “Titanik”də Avropanın ən böyük muzeylərindən oğurlanmış nadir rəsmlər aparıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır