Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Bu adaya giriş 10 dollardan 1000 dollara qaldırılıb

İndoneziyanın yerli hakimiyyət orqanları varanların oğurluq hallarının artması səbəbindən 2020-ci ilin yanvarından başlayaraq adaya giriş qiymətlərini 10 dollardan 1000 dollara qaldırır.

"Seanews.az" xəbər verir ki, rəsmilər yeni qaydanın adada varanların qorunması və onların populyasiyasının artması üçün şərait yaratmağa imkan verəcəyini düşünürlər. 

Bundan öncə adaya girişin gələn il ümumiyyətlə bağlanacağı bldirilmişdi. Parkın bağlanması barədə qərar qaçaqmalçıların Cənub-Şərqi Asiya ölkələrinə 41 komodo varanı satmaq cəhdindən sonra qəbul edilmişdi. Məlumata görə, oğurlanan varanların hər biri 35,5 min dollara satılır. 

Yırtıcı komodo varanı hazırda yaşayan kərtənkələlər arasında ən irisidir. Bir dəfəyə 80 kiloqram ət yeyə bilən sürünənlərin uzunluğu 3 metrdən artıq, çəkisi isə 150 kiloqrama qədər ola bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır