Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Belçikada turistlər üçün elektrik kateri fəaliyyətə başlayıb

Belçikanın Brüqqe şəhərində Aİ məkanında ilk dəfə olaraq turistlər üçün elektrik kateri fəaliyyətə başlayıb.

Uzunluğu 9 metr, eni 2 metrdən çox olan gəmi şəhər kanalına kran vasitəsilə buraxılıb.

Elektrik katerinin ətraf mühitə buraxdığı karbon qazı sıfır səviyyəsindədir. Bu halda dizel yanacağı ilə işləyən katerlərlə müqayisədə xoşagəlməz qoxu və səs-küy yox dərəcəsindədir. Katerin yaratdığı dalğalar daha zəif olduğuna görə onun sahilyanı divarlara ziyanı da minimum dərəcədədir.

Yeri gəlmişkən, bu katerin qiyməti də bahadır. O, dizel yanacağı ilə işləyən “həmkarı” ilə müqayisədə iki dəfə baha başa gəlir.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır