Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Beş rəngli çay - FOTOLAR

Kanyo Kristales və ya yerli sakinləri dili ilə desək "Rənglər çayı" öz başlanğıcını Kolumbiyanın Makarena dağlıq massivindən götürür.

Çayda 5 rəngə təsadüf olunur - sarı, mavi, yaşıl, qara və qırmızı. Bütün bu rəngliliyin səbəbi çaydakı yosunların fəaliyyəti ilə bağlıdır. 

İnsan nəfəsinin duyulmadığı, yalnız günəş, mavi səma, isti sürüşkən daşların hərəkəti, haradasa qayaların başında yuva quran qartal və büllur-rəngarəng sulu çay, bura bir dəfə baş çəkənlərdə unudulmaz təəssürat formalaşdırır. Bu sulara baş vurmaq, sanki yenidən dünyaya gəlmək deməkdir. Qeyri-adi səssizlik, sükunət və yüngüllük, fikirdən, problemlərdən, bir sözlə, bütün dünya qayğılarından uzaqlaşmağa şərait yaradır.

Aparılan tədqiqatlar nəticəsində aydın olub ki, çayın suyu distillə olunmuş su qədər təmizdir. Bu təbiət möcüzəsini görmək üçün Vilvisensiodan Makarenaya təyyarə ilə uçub, sonra qayıqla üzüb və nəhayət insan ayağı dəyməmiş sıx meşəlikdən keçmək lazımdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır