Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Dünyanın ilk və ən böyük sualtı muzeyi - FOTOLAR

Dünyanın ən böyük və ilk sualtı heykəl muzeylərindən biri “MUSA” (Museo Subacuático de Arte) Meksikanın ən canlı bölgələrindən olan Cancunda yerləşir.

"Seanews.az" xəbər verir ki, dənizin dərinliklərində yerləşdirilən təxminən 500 insan fiqurundan ibarət muzeyin qurucusu ingilis fotoqraf və heykəltaraş Jason deCaires Taylorun əl işidir. O, muzeyi 3 il ərzində ərsəyə gətirib.

Taylor heykəllərin sualtı həyatın təbii parçası ola bilməsi üçün PH dəyəri neytral olan dözümlü sementdən istifadə edib. Yəni, bu muzey həm təbiətə, həm də incəsənətə xidmət edir.

Muzeydə ən diqqətçəkən əsər 26 uşağın heykəlindən yaradılan “Vicissitudes” əsəridir. Heykəltaraş bu eksponatı bir həftə ərzində suyun altında yığıb.

Muzeydəki heykəllərin toplam çəkisi 200 tondur və 400 kub-metrlik ərazini əhatə edir. 

Muzey 2009-cu ildə istifadəyə verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır