Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Tərk edilmiş gəmi təbiətin bir hissəsinə çevrilib - VIDEO

Avstraliyada dənizin sahillərində 19-cu əsrə aid saya oturmuş və tərk edilmiş gəmi aşkar edilib.  Ağac və bitkilərlə örtülmüş gəmi  sənət əsərinə bənzəyir. Tədqiqat nəticəsində sözügedən gəminin “City of Adelaide” olduğu aşkar edilib.

"Seanews.az" xəbər verir ki, “City of Adelaide” gəmisi Şotlandiyada “Australasian Steam Navigation Company” şirkəti üçün inşa edilib,  22 dekabr 1863-cü ildə istifadəyə verilib.

Gəmi Avstraliya ilə Havay adaları arasında müntəzəm sərnişin daşımaları həyata keçirirdi. 1871-ci ildə təmir olunduqdan sonra daha 14 il istismar edilib. 1885-ci ildə istismardan çıxarılıb.  Bir neçə il sonra onu yelkənli gəmiyə çevirib, kömür daşımaq üçün istifadə edirlər. 1912-ci ildə gəmidə güclü yanğın baş verir. Bu yanğını bir neçə gündən sonra söndürmək mümkün olur.

Üç il sonra gəmi Corc Batler adlı bir nəfər tərəfindən alınır. Batler gəmini Piknik körfəzində dalğaları yarmaq üçün istifadə etmək istəyir. Lakin, yedəkləmə zamanı gəmi Kokl körfəzind saya oturur və bu günə kimi də orada qalır.

İkinci Dünya Müharibəsi zamanı “City of Adelaide” gəmisinin qalıqları Avstraliya Hərbi Hava Qüvvələrinin bombardmançıları tərəfindən hədəfə çevrilir. 70-ci illərdə güclü tropik siklon gəmini tamamilə məhv edir.

Hazırda gəmi meşənin bir hissəsinə çevrilib. Bir əsrdən çox saya oturmuş vəziyyətdə qalmasına baxmayaraq, gəmini yalnız yaxın illərdə ağac və ot basıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır