Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Dənizçilik mövzusunda 10 maraqlı kitab - #Evdəqal OXU

1. Jül Vern - Dəniz altında 20.000 lye

Cəsur kapitan Nemo, onun sualtı gəmisi "Nautilus" və dünya gəzintisi haqqında mükəmməl roman. Dünya elmi fantastika ədəbiyyatının ən yaxşı əsərlərindən biridir.

2. Aleksandr Qrin – Dalğalar üzərində qaçan

Bu romantik kitab dəniz dalğaları boyunca qaçan və kömək çağırışına cavab verən müəmmalı bir qız haqqındadır. Roman oxucuya dənizin xəfif səsini və qağayıların naləyə bənzər çığırtısını çatdıracaq.

3. Coşua Slokam – Dünya ətrafına yelkənli tənha səfər

Müəllif 1895-ci ildə Bostondan kiçik bir yaxta ilə 74 min km-dən çox yolu tək səfərə çıxır. Müxtəlif maneə və çətinlikləri dəf edir. Səfərdən qayıdandan sonra bu kitabı yazır.

4. Tur Xeyerdal – Kon-Tikiyə səyahət

Bu kitab da norveçli etnoqraf Tur Xeyerdalın avtobioqrafik əsəridir. Əsərdə səyyah Perudan Polineziya adalarına qədər üzdüyü səyahət haqqında danışır.

5. Ayris Merdok -  Dəniz, dəniz

Kitab işdən uzaqlaşmış və tənha yaşamağa qərar vermiş rejissorun həyatını təsvir edir. Teatr səhnəsini tərk edən baş qəhrəman dəniz sahilindəki lüks bir villada məskunlaşır və özünü yeni bir hobbi - yemək bişirərək yeni yeməklərin icadına həsr edir.

6. Alessandro Barikko – Dəniz-okean

Dəniz qırağında olan bir yeməkxanada bir-birini tanımayan, tamamilə fərqli insanlar, müxtəlif peşə sahibləri bir masa ətrafına yığışır. Onların hər biri mənəvi dəstək, həyatın onlar qarşısında qoyduğu suallara cavab axtarır.

7. Debora Levi – İsti süd

Baş qəhrəman qadın, xəstə anası ilə İspaniyanın dəniz sahilindəki şəhərə köçür. Özünün antropoloq peşəsini ofisiant peşəsi ilə əvəz edir. Müxtəlif janrları özündə cəmləyən bu roman oxucunu insanın ömrü boyu keçirdiyi müxtəlif hisslərin səyahətinə aparacaq.

8. Cozef Konrad – Zülmətin ürəyi

Müəllif yazıçlıq peşəsindən öncə dənizçi olub və kapitan dərəcəsinə qədər yüksəlib. Cozef Konrad Konqoda, Afrika cəngəlliklərində səyahətdə olduğu zaman yazdığı gündəliyin əsasında bu romanı qələmə alıb.

9. Herman Melvill – Mobi Dik və ya Ağ kit

Cəsur gəmi kapitanı nəhəng ağ kitlə mübarizədə ayağını itirib. Ondan qisas almaq üçün kapitan həmin balığın təqibinə başlayır. Bu mübarizə həyatının əsas məsələsinə çevrilir.

10. Ernest Heminquey – Qoca və dəniz

Həyatın və dənizin hər bir üzünü görmüş qoca Santyaqonu tale yeni bir sınağa çəkir. Sonsuz ümmanda nəhəng balıqla qarşılaşan qoca dənizçi ölümcül mübarizəyə çıxır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır