Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Norveçdə vikinqlərə aid gəmi aşkar edilib

Norveçdə çölün ortasında, içərisində vikinqlərə aid gəmi olan kurqan aşkar edilib.

Gəmi Norveçin cənubunda, Yellestadda, Norveç Mədəni İrsi Tədqiqatlar İnstitutunun (NIKU) arxeoloqları tərəfindən georador (elektromaqnit dalğalarından istifadə edərək, torpağı araşdırmağa, yerin dərinliklərində olan əşyaların şəkillərini əldə etməyə imkan verir) vasitəsilə tapılıb.  

Aşkarlanmış qədim kurqanın qalıqları, demək olar ki, gözdən uzaq bir sahənin ortasında yerləşir. Geofiziki tədqiqatlara görə, gəmi dəfn mərasimləri üçün nəzərdə tutulub və ilkin uzunluğu 23-24 metr olub. Gövdəsinin hazırki uzunluğu 20 metrdir. Gəminin aşağı hissəsinin istismar zamanı sıradan çıxdığı ehtimal edilir.

Bu gün kurqan dənizdən təxminən bir kilometr məsafədə yerləşir, ancaq vikinqlərin dövründə dəniz səviyyəsi 4.5 metr yüksək idi və dənizə qədər olan məsafə cəmi 650 metr olub.   

Araşdırmanın nəticələrinə görə, gəminin yelkənlə yox, avarlarla idarə olunduğu ehtimal edilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır