Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Dünyanın ən uzun transokean körpüsü - FOTO

Hançjou körfəzi üzərindəki vant körpü (asma körpü növü) Şərqi Çin dənizindəki Hançjou körfəzi və Syantan çayını keçərək Şanxay və Ninbo şəhərlərini birləşdirir.

"Seanews.az" xəbər verir ki, bu körpü su obyektlərinin üzərindən keçən dünyanın ən uzun transokean körpüsüdür. Uzunluğu təqribən 36 km, eni 33 metr, hündürlüyü isə 62 metrdir.



Körpü “S” hərfi formasında inşa edilib və hər istiqamətdə 6 avtomobil zolağı var. Uzunluğu boyunca, müəyyən fasilələrlə, sürücünün diqqətini cəmləmək üçün rəngləri daim dəyişən və led işıqlar quraşdırılıb.

Tikinti başa çatdıqdan sonra Şanxay və Ninbo şəhərləri arasındakı məsafə 120 km qısaldı, tələb olunan vaxt müddəti isə 4 saatdan 2 saat yarıma endirildi.



Körpünün mərkəzində sürücülərin istirahəti üçün xidmət mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdə mağazalar, sərgilər, dayanacaqlar, restoranlar və  hündürlüyü 145,6 metr olan müşahidə qülləsi var.



Körpünün inşası 4 il (2003-2007) vaxt aparıb. İstismarına 100 il təminat verilib. Körpünün hazırlanmasına ümumilikdə 11,8 milyard yuan (1,4 milyard dollar) xərclənib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır