Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Dənizdə yaşayan qəbilə - Bajaular - FOTO

Hind okeanında yaşayan Bajau qəbiləsi 2004-cü ildə baş verən sunami faciəsində heç bir itki vermədi. Bütün ömrünü İndoneziya sahillərində, okeanda keçirən qəbilə üzvləri, hətta gəzmədən əvvəl üzməyi öyrəniblər.

Bir neçə dəqiqə su altında qalma qabiliyyətini inkişaf etdirən Bajau qəbiləsi bu xüsusiyyəti ilə elm adamlarının diqqətini çəkir.

İndoneziya və Malayziya ilə həmsərhəd olan Borneo adası  dünyanın ən maraqlı qəbilələrindən birinə evsahibliyi edir. Bölgədə Bajua qəbiləsi də su əhli olaraq tanınır.

Bajua qəbiləsi üzvlərinin 10 dəqiqədən çox su altında qala biləcəyi bu xüsusiyyəti də elm adamlarının diqqətini çəkir. Əsas məşğuliyyətləri balıqçılıq olan qəbilə əsrlər boyu okeanı evləri kimi istifadə edirlər.

Bajau qəbiləsində doğulan uşaqlar gəzmək öyrənmədən daha əvvəl bir balıq kimi üzmək öyrənirlər. Bu uşaqlar ev heyvanları kimi dəniz ulduzları, balıqlar və osminoqlara baxırlar.

Əl istehsalı olan qayıqlarda günlərini keçirən bajaular sahilə yalnız mübadilə və gəmi təmiri kimi işlər üçün gəlirlər. Dalğıclığa erkən yaşlarında başlayan icma üzvlərinin qulaq pərdələri tez zədələnir. Onların çoxu ov zamanı yaralanır və ya həyatlarını itirirlər.

Sayı günü-gündən azalmaqda olan Bajua qəbiləsinin evləri də su üzərində qurulub.

Qəbilə üzvləri nizə ilə ovladıqları məhsullarını müxtəlif bazarlarda satır və ticarət edirlər.

İki sahil


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır