Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Tədricən batan şəhərlərin adları açıqlanıb

Bir qrup elm adamı Cənubi və Cənub-Şərqi Asiyanın nəhəng sahil şəhərlərinin tədricən batdığını göstərən araşdırma aparıb.

Onlar baş verənləri sürətli urbanizasiya ilə əlaqələndiriblər. Alimlərin fikrincə, şəhərlərdə əhalinin artması qrunt sularının həddindən artıq aktiv istehlakına səbəb olub.

Sürətlə batan şəhərlər sırasına Vyetnamın ən sıx şəhəri və əsas biznes mərkəzi Hoşimin, Banqladeşin cənubundakı Çittaqonq, Hindistanın Əhmədabad şəhəri, İndoneziyanın paytaxtı Cakarta və Myanmanın ticarət mərkəzi Yanqon daxildir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli daha əvvəl bəyan etmişdi ki, 2050-ci ilə qədər bir milyarddan çox insan dəniz səviyyəsinin qalxması riski altında olan sahil şəhərlərində yaşayacaq.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır