Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-05,
Seanews
Heyder Eliyev

ADDA-da şahmat turniri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) şahmat turniri keçirilib.

İdman yarışı “27 sentyabr anım günü və 8 noyabr Zəfər Günü” və “Şuşa ili”nə həsr olunub.

Əməkdaşların intellektual potensialının inkişafı və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə baş tutan yarış ADDA-nın “Tətbiqi mexanika” kafedrası tərəfindən təşkil olunub.

Tədbirdə ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov açılış nitqi ilə çıxış edərək, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilən Şuşa şəhərinin tariximizdəki əhəmiyyətini vurğuladı və yarışda iştirak edən əməkdaşlara  uğurlar arzuladı.

Sonra ADDA-nın kafedra və şöbələrində qalib olmuş əməkdaşlar arasında final oyunu keçirildi. Gərgin və maraqlı rəqabət şəraitində baş tutan yarışmada Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və mülki müdafiə üzrə mütəxəssis Arif Qasımov birinci oldu.

“Dəniz naviqasiyası” kafedrasının baş müəllimi Samirə Gözəlova və “İngilis dili” kafedrasının assistenti Sevinc Alfaheeda müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdülər.

Qaliblər  mükafat və sertifikatla təltif olundular.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır