Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Uğurlu yolun davamı 

2019-cu ildə ADDA-ya qəbul olanlar arasında Namiq Həsənin adı xüsusi ilə çəkilirdi. Həmin il qəbul balı 644,6 olan bu gənc Akademiya üzrə maksimum nəticəni göstərmişdi.
Məktəb vaxtından dənizçi olmaq istəyən Namiqin seçimi “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası oldu. Oxuduğu 4 il ərzində imtahan sessiyalarını “əlaçı” və “zərbəçi” kimi başa vuran Namiq indi fəqlənmə diplomuna namizədlərdəndir.
 
Hazırda “Şah İsmayıl Xətai” tankerində diplomqabağı təcrübədə olan Namiq Həsən daha bir uğura imza ata bilib. O, 2023-cü ildə magistraturaya qəbul imtahanında 92,5 bal toplayaraq bu dəfə də ən yüksək nəticəni göstərib. Təcrübədən sonra tələbəmizi qarşıda son sınaq – Yekun Dövlət Attestasiyası gözləyir. Amma bundan öncə o, təcrübəsini başa vurmalıdır.
Biz də öz növbəmizdə Namiqə uğurlar arzulayırıq. Ümid edirik ki, onun adı bundan sonra da daim birincilər siyahısında yer alacaq.
 
Musa Əliyev
İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır