Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ZGTTZ və İXİ əməkdaşları üçün yanğın təhlükəsizliyinə dair təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2023-cü il üçün yanğına qarşı profilaktik tədbirlər planına əsasən,  “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun və İstehsalat Xidmətləri İdarəsinin (İXİ) aparat işçiləri üçün yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

Təlimin təşkilində məqsəd əməkdaşların yanğın təhlükəsizliyi ilə bağlı nəzəri biliklərinin artırılması olub.

Təlimdə ZGTTZ-nin Yanğın əleyhinə profilaktika və mühafizə qrupunun rəhbəri Orxan Abdullayev və İXİ-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə mühəndisi Könül İsayeva yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları və s. barədə geniş məlumat veriblər. Həmçinin, əməkdaşları  ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında təlimatlandırıblar.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır