Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

ADDA-da Ulu Öndərin xatirəsinə həsr olunmuş elmi-texniki konfrans keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Dəniz nəqliyyatının inkişaf prespektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi-texniki konfransının açılış mərasimi keçirilib.

Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov bildirib ki, Heydər Əliyevin istər ölkəmizin dəniz nəqliyyatının, istərsə də Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycan gəmiçiliyi qorunub saxlanıb və ildən-ilə inkişaf etdirilib.

Azərbaycanda ilk dəfə hakimiyyətə gələndən sonra Xəzərdə yükdaşımalarda baş verən canlanmadan danışan Vüqar Sadıqov a qeyd edib ki, məhz Ulu Öndərin təkidi ilə o vaxtlar bir çox yeni tanker və quru yük gəmilərinin tikintisinə başlandı, 80-ci illərin ortalarında bu nəqliyyat vasitələri Azərbaycana gətirildi. 1995-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının üzvü seçildi. Bundan başqa, 1996-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. 

Ankara Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu iki qardaş ölkə arasında elm və təhsil sahəsində əlaqələrdən, bu əməkdaşlığın möhkəmlənməsində Ulu Öndərin xidmətlərindən, birgə elmi layihələrin perspektivlərindən ətraflı söhbət açıb.

ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov çıxışında iştirakçıların diqqətinə çatdırıb ki, elmi-texniki konfransa ümumilikdə 7 bölmədə 106 məruzə təqdim edilib. Ən yaxşı məruzə materiallarının “Tezislər toplusu”nda çap edilməsi nəzərdə tutulur.

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır