Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Genişmiqyaslı birgə dəniz təlimi keçirəcəklər

Çinin Müdafiə Nazirliyi Çin və Sinqapurun genişmiqyaslı birgə dəniz təlimi keçirəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu açıqlama ABŞ Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanının Sinqapurun müdafiə naziri ilə hərbi təlimlərdə genişləndirilmiş əməkdaşlığı müzakirə etmək üçün görüşməsindən bir neçə gün sonraya təsadüf edir.

Çin Xalq Azadlıq Ordusunun donanması aprelin sonundan mayın əvvəlinə qədər Sinqapur ətrafında keçiriləcək təlimlər üçün “Yulin” freqatı və “Chibi” minaaxtaran gəmisini göndərəcək.

Mart ayında Tailandda ABŞ qoşunları ilə böyük “Cobra Gold” təlimlərinə qoşulan Sinqapur  mütəmadi olaraq ölkə, region və dünya səviyyəli təlimlərdə iştirak edir.

Nazirlik həmçinin gələn ay Sinqapurda keçiriləcək IMDEX Asiya müdafiə sərgisində Çin Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinin də iştirak edəcəyini açıqlayıb.

Çin və Sinqapur daha öncə Cənubi Çin dənizində 2021-ci ildəki çoxsaylı birgə təlimlər də daxil olmaqla dəniz təlimləri keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır