Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ADDA-nın mətbəəsində yeni dərsliklər və dərs vəsaiti işiq üzü görüb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO)“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin mətbəəsində yeni dərsliklər və dərs vəsaiti işiq üzü görüb.

Yeni nəşr olunan dərs vəsaitlərindən biri “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları dosent İsaq Xankişiyev, baş müəllim Allahverdi İsmayılov, assistent Səlim Paşazadə və assistent Laçın Babayevin müəllifliyi ilə işıq üzü görüb.  “Gəmilərin avtomatlaşdırılmış layihələndirmə sistemləri" adlı dərs vəsaitində gəmi gövdəsinin CADMATIC proqram təminatından istifadə edərək layihələndirilməsi (CADMATIC HULL), iş sahəsinin və modellərin yaradılması üçün proqramın hazırlanması, istehsal məlumatlarının, hesabatların, gəmi boru xətlərinin CADMATIC proqram təminatından istifadə edərək layihələndirilməsi (CADMATIC OUTFİTTİNG), iş bölgüsü strukturunun yaradılması və çertyojların müxtəlif formatda surətlərinin çıxarılması, proqramın modelləməyə hazırlanması, kitabxanadan istifadə və boru xətlərinin modellənməsi ilə çertyojların hazırlanması haqqında ətraflı məlumatlar öz əksini tapıb.

 “İngilis dili” kafedrasının müdiri filologiya elmləri doktoru, dosent Gülçöhrə Alıyevanın müəllifliyi ilə işıq üzü görən “English” adlı dərslik “Dəniz texnikası və texnologiyası mühəndisliyi” ixtisası üzrə ali dənizçilik təhsil müəssisələrinin magistratura pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərsliyin əsas məqsədi tələbələrə ixtisas-peşə yönümlü orijinal mətnləri oxuyub anlamağı öyrətmək, onların nitq bacarıq və vərdişlərini inkişaf etdirməkdir. Dərslikdə verilən tapşırıqlar kommunikativ səriştənin bütün komponentlərinin formalaşmasına yönəldilib. Tədris prosesində magistrant mənimsədiyi BDT-nin Standart Dəniz Danışığı İfadələri və ixtisas-peşə terminologiyası çərçivəsində elmi-texniki ədəbiyyatı təhlil etmək bacarığını inkişaf etdirməyə istiqamətləndirilir. Dərsliyə daxil edilən materiallar ixtisasın tədris proqramına, BDT 3.17 Model kursunun tələblərinə, BDT-nin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair” (STCW-1978) Beynəlxalq Konvensiyasına edilmiş əlavələrə, Təsnifat Cəmiyyəti Qaydalarına və BDT-nin ixtisas üzrə müvafiq tövsiyələrinə uyğundur.

Mətbəədə “Dəniz naviqasiyası” kafedrasının əməkdaşları dosent Elnur Abbasov və baş müəllim Samirə Gözəlovanın müəllifliyi ilə dərs edilən “Dəniz yolları cografiyası" adlı ərslikdə dünya okeanı, onun ayrı-ayrı hissələri, dəniz və daxili su yolları, okeanların iqtisadi zonaları və infrastrukturları, materiklər və regionlar üzrə dəniz dövlətləri, onların limanları haqqında ətraflı məlumatlar verilib. Dərslik magistrantlar, kapitanlar, dənizçilik sahəsində elmi tədqiqatla məşğul olanlar üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır