Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ASCO nümayəndəsi "Xəzər və dünya akvatoriyasında dinamik neft sızmasının lokallaşdırılması" mövzusunda beynəlxalq seminarda iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəzər və dünya akvatoriyasında dinamik neft sızmalarının lokallaşdırılması” mövzusunda II beynəlxalq seminar keçirilib.

Bir çox aidiyyatı dövlət qurumlarının, eləcə də onlayn formatda xarici ölkələrin nümayəndələrinin qoşulduğu seminarda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dayanıqlılıq və emissiyaların idarəolunması üzrə direktoru Ələkbər Əzizli də iştirak edib.

Ələkbər Əzizli çıxışında neft və neft məhsullarının gəmilərdən dənizə axıdılmasının dəniz ekoloji mühitinə vurduğu ziyanlardan danışıb. Bildirib ki, ASCO bu məsələyə həssaslıqla yanaşır və onun qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir. O əlavə edib ki, neft dağılmaları ilə mübarizə məqsədilə müvafiq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi də olduqca vacibdir.

Xəzər dənizində və dünya akvatoriyasında mümkün neft sızmaları və bu sızmaların qarşısının operativ alınmasında birgə fəaliyyətin əhəmiyyətindən danışılıb, sözügedən sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin müvafiq ekosistemin qorunub saxlanılmasına mühüm töhfə verəcəyi vurğulanıb. Həmçinin bildirilib ki, Xəzər dənizinin ekosisteminin qorunub saxlanması və onun çirkləndirilməməsi, mümkün neft sızmalarının qarşısının alınması və ekoloji risklərin vaxtında müəyyənləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrin öyrənilib tətbiq edilməsi və qarşılıqlı mübadiləsi bütün aidiyyəti qurumların marağında olan məsələdir.

Tədbirin sonunda seminar iştirakçılarına FHN Akademiyasının sertifikatları təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır