Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

“Dənizçilik əlifbası” kitabı ingilis dilində çap olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Korporativ Sosial Məsuliyyəti çərçivəsində hazırlayaraq nəşr etdirdiyi “Dənizçilik əlifbası” kitabının ingilis dili versiyası işıq üzü görüb.

Dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan nəşrdə dənizçiliyə dair terminlər və onların izahları yer alıb. Nəfis şəkildə çap olunmuş kitabla uşaqlar sirli-sehirli dənizçi dünyasına səyahət etməklə yanaşı, ingilis dili biliklərini də təkmilləşdirəcəklər.

“Dənizçilik əlifbası” “Suraxanı” gəmi-muzeyi uşaqlar üçün" silsiləsindən ilk kitabdır. Bu silsilədən digər kitabların da hazırlanması və çapı nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır