Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

Abituriyentlər ADDA-ya 4 ixtisas üzrə müraciət edə bilərlər

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ali təhsil müəssisələrinə qəbul imtahanları  başa çatıb. Növbəti mərhələdə  abituriyentlər  ixtisas seçimi edəcəklər.

1-ci ixtisas qrupunun Riyaziyyat-Kimya (RK) altqrupu üzrə imtahan verən abituriyentlər Azərbaycan Dövlət Dəniz Akademiyasının 4 ixtisas üzrə elan verdiyi müsabiqədə iştirak edə bilərlər.

Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına qəbul Azərbaycan (70 yer), rus (10 yer) və ingilis (25 yer), “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına qəbul Azərbaycan (70 yer) və ingilis (15), “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” (20 yer),  eyni zamanda “Elektrik və elektronika mühəndisliyi” (20 yer)  ixtisaslarına qəbul isə yalnız Azərbaycan dili bölməsi üzrə aparılacaq.

Akademiyaya qəbul olmaq üçün heç bir qabiliyyət imtahanı nəzərdə tutulmur.  Rayon qeydiyyatında olan tələbələr ehtiyacı olduğu halda yataqxanaya yerləşdirilməsi üçün dekana ərizə ilə müraciət edə bilərlər. Yataqxana ADDA tələbələri üçün güzəştli ödənişlə təklif olunur.

Qeyd edək ki, Akademiyanın tələbələri təhsil aldıqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması və gündə 2 dəfə isti yeməklə təmin edilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır