Azərbaycan Dənizçilik Kollecinə qəbul olunanların nəzərinə!
Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecinə qəbul olunmuş abituriyentlərin nəzərinə!
2024/2025-ci tədris ilində subbakalavr pilləsinə qəbul olunmuş abituriyentlər 09.09.2024-cü il tarixindən 17.09.2024-cü il (18.00-dək) tarixinədək portal.edu.az-da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat zamanı aşağıdakı sənədləri portala yükləməlidirlər.
1. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
2. Tələbənin imtiyazını təsdiq edən sənədlər.
Portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 09.09.2024-cü il tarixindən 17.09.2024-cü il tarixinə qədər (saat 10:00-15:00) aşağıdakı qeyd olunan sənədləri Kollecin binasına (Xətai rayonu, Cavanşir küçəsi,3, keçid 823) təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
- Attestatın əsli və surəti;
- Ilkinhərbiqeydiyyataalınmahaqqında sənəd və ya hərbi biletin əsli və surəti;
- Tibbi arayış (forma 086);
- Narkoloji və nevroloji dispanserdən arayış;
- 4 ədəd 3x4 ölçülü fotoşəkil;
- Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
- 18 yaşına çatmamış tələbələr valideynin birinin şəxsiyyət vəsiqəsinin surəti;
- İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.
Əlaqə nömrəsi: (050) 287-99-14