Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-19,
Seanews
Heyder Eliyev

ADDA-da yeni tədris ili başlayıb

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2024/2025-ci tədris ilinə start verilib.

Tələbələr ilk dərs günündə Vətən müharibəsinə həsr olunmuş stendi ziyarət edib, şəhidlərin əziz xatirəsini anıblar.

Qeyd edək ki, builki qəbul göstəricilərinə əsasən ADDA-nın plan yeri 100 faiz dolub. Ümumilikdə 230 abituriyent ADDA tələbəsi adını qazanıb. Onlardan 190-ı dövlət sifarişi, 40-ı isə ödənişli əsaslarla təhsil alacaq.

Akademiyaya qəbul olanlar arasında maksimal nəticə 617,1 bal olub. Bu göstərici “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında (ingilis dilində tədris) qeydə alınıb. 19 abituriyent 500-599, 87 abituriyent 400-499, 123 abituriyent isə 300-399 bal aralığında nəticə göstərib.

Bütün tələbələri ürəkdən təbrik edir, onlara təhsillərində bol uğurlar arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır