Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

ADDA-da "COP29"un nəticələri əsasında Azərbaycanın ekoloji hədəfləri mövzusunda müzakirələr keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası” kafedrasının professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planına uyğun toplantı keçirilib.

“Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev ölkəmizdə keçirilmiş COP29 tədbiri, Azərbaycanda “Yaşıl enerji”yə keçidin əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib.

O, işğaldan azad edilən ərazilərdəki ekoloji problemlərin aradan qaldırılmasının vacibliyinə də toxunub.   

Sonra kafedranın baş müəllimi Samirə Gözəlova “Yaşıl enerjiyə keçidin ekoloji cəhətdən üstünlükləri” mövzusunda çıxış edib.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır