Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-20,
Seanews
Heyder Eliyev

ADDA-da “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) seminar keçirilib.

Maarifləndirici tədbirin məqsədi tələbələrin hüquqi biliklərinin artırılması, insan hüquq və azadlıqlarının təşviqi, eləcə də gənclərdə hüquqi şüurun və vətəndaşlıq məsuliyyətinin formalaşdırılması olub.

ADDA-nın “Gəmi mexanikası və elektromexanikası” fakültəsi ilə “Humanitar fənlər” kafedrasının birgə təşkil etdiyi seminarda professor-müəllim heyəti, inzibati əməkdaşlar və tələbələr iştirak ediblər.

Tədbirdə tələbələrin təhsil hüquqları, akademik azadlıqlar, ali təhsil müəssisələrində hüquq və vəzifələrin balansı, eləcə də milli və beynəlxalq hüquq normaları barədə ətraflı məlumat verilib. Eyni zamanda dənizçilərin əmək hüquqlarını tənzimləyən beynəlxalq konvensiyalar və bu sahədə mövcud hüquqi mexanizmlər müzakirə olunub.

Seminarda mövzularla bağlı iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır