Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

“Dəniz Kuboku”nda yarışacaq ölkələrin gəmiləri Bakı sahillərində

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.

Məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib. ile ilgili görsel sonucu

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri isə iyulun 30-da Bakıya gəliblər. Həmin gün Qazaxıstan heyəti də paytaxtımıza gəlib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib. ile ilgili görsel sonucu

Qeyd edək ki, 3-17 avqust tarixlərində keçiriləcək yarışlarda, Rusiya, Qazaxıstan, İran və Azərbaycan iştirak edəcək. Digər Xəzəryanı ölkə - Türkmənistan isə bu yarışlara qatılmayacaq. Artıq 3-cü ildir “Dəniz Kuboku” Azərbaycanın Xəzərdəki ərazi sularında keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır