Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Qara dəniz yolunuzu gözləyir

Hər il Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsi Qara dənizdə üzən  ASCO-nun gəmilərində təcrübəyə göndərilir. Bu il 8 tələbə belə bir şans əldə edib. Onlar ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qaradağ”, “Maestro Niyazi”, “Mahmud Rəhimov” və ”Teymur Əhmədov” universal quru yük gəmilərində təcrübə keçəcəklər.

Qara dənizdə təcrübəyə gedəcək digər üç tələbə ilə yola çıxmazdan əvvəl görüşmək fürsətindən istifadə etdik.

Tanış olun: Fərxan Vətəni, Cabbar Şəmçizadə və Murad Ağayev.

Fərxan “Gəmi energetik qurğularının istismarı mühəndisliyi,  Cabbar və Murad isə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında oxuyurlar.

Onlar tədris ili boyu yüksək fəallıq nümayiş etdirib, imtahanlarda əla nəticələr göstəriblər. Həmçinin, bu tələbələrin xarici dil səviyyələri də yüksəkdir. 

Qara dənizə gedən bu tələbələr üzərlərinə düşən məsuliyyəti də gözəl dərk edirlər. Ona görə də təcrübə zamanı gəminin peşəkar heyətindən gəmi idarəetməsinin sirlərini bacardıqları qədər öyrənəcəklərini qarşılarına məqsəd qoyublar.  

“Fəxr edirik ki, təcrübəni Qara dənizdə doğma Azərbaycanımızın bayrağı altında üzən gəmilərdə keçəcəyik. Müəllimlərimizə və bizə bu şəraiti yaratdıqlarına görə ASCO rəhbərliyinə minnətdarlığımızı bildiririk. Əminik ki, göstərilən etimadı doğruladacağıq və təcrübə zamanı öyrənəcəyimiz bilikləri öz yoldaşlarımızla da bölüşəcəyik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır