Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

ASCO-nun sifarişi ilə nəşr edilən kitablar Milli Kitabxanaya təqdim olunub

ASCO-nun sifarişi ilə nəşr olunan “Azərbaycanda Gəmiçilik: Sənədli tarix”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-160 il”,  “Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti” kitabları Azərbaycan Milli Kitabxanasına təqdim olunub.

Sentyabrdan hər üç nəşr kitabxanaya daxil olan kitablar üçün sərgi güşəsində  "Yeni ədəbiyyatın sərgisi" başlığı adı altında bir həftə ərzində sərgilənəcək.  Daha sonra isə kitabxananın əsas fonduna daxil ediləcəklər. Sərgidə olan kitablar elektron kataloqda da görünəcək.

“Azərbaycanda Gəmiçilik: Sənədli tarix”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-160 il” kitabları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi, “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı isə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə yazılıb.

Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun müəllifi olduğu “Azərbaycanda gəmiçilik: sənədli tarix”  kitabında  ölkəmizin zəngin dənizçilik ənənələrinə,Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə nəzər salınıb. Burada  fotoların hər biri özündə böyük bir tarixi əhəmiyyətli yük daşıyır.

ASCO-nin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Sevda Abdullayevanın müəllifi olduğu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” markalı kitabında isə nadir foto və maraqlı məlumatlarla bərabər, markalar da yer alıb. Bununla belə, kitab Azərbaycanda gəmiçiliyin inkişafı, bir sahə kimi formalaşması və keçdiyi müxtəlif mərhələlər, habelə Gəmiçiliyin taleyində əhəmiyyətli rolu olan şəxsiyyətlər haqqında məlumatlarla zəngindir.

“Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti”  kitabında Ümummilli Liderin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır.

Bundan başqa, kitabda Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi və sair kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında söhbət açılır.

Kitab Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair kitablar, eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır